Əfqanıstanda İŞİD və “Əl-Qaidə”nin 12-dən çox yeni bazası yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Öyrənilməsi Mərkəzinin (MƏÖM) eksperti Serenko məlumat yayıb.
Talibanın nəzarətində olan Əfqanıstanda ekstremist və terror infrastrukturu mütəmadi olaraq genişlənməkdədir.
Ekspertin öz mənbələrinə istinadən verdiyi məlumata görə, təkcə son bir ay ərzində ölkədə İŞİD və “Əl-Qaidə” ilə əlaqəli olan azı 12 yeni baza peyda olub.
Müşahidələr göstərir ki, orta hesabla hər həftə terror təşkilatlarının yaraqlıları, operativ işçiləri və yeni üzv toplayanları üçün üç yeni baza və ya məntəqə yaradılır.
Bu, regionda terror fəaliyyətinin və infrastrukturunun sürətlə bərpa olunduğundan xəbər verir.
Xuraman Etibarlı
İnterpress.az