EN

Pravoslavlarda da orucluq başladı: Onlar hansı qidaları yeyə bilməzlər?

Bildiyimiz kimi bütün müsəlman ölkələrində artıq 5 gündür orucluq ayı olan Ramazan başlayıb. Bununla da İslam dünyası Allahın vacib buyurduğu Oruc ibadətinə start verib. Provaslavlarda isə orucluq bu gündən başlayıb.

Publika.az "RİA Novosti"yə istinadla bildirir ki, Rus Pravoslav Kilsəsinin protokeşişi Maksim Kozlov bildirib ki, bu tarix 23 fevraldan 11 aprelə qədər davam edəcək.

Protokeşiş Müqəddəs Həftə ilə başa çatacaq Böyük Oruc dövründə qidalanmanın əsas prinsiplərini izah edib. Keşişin sözlərinə görə, ənənəvi olaraq dindarlardan heyvan mənşəli məhsulların istehlakını məhdudlaşdırmaq tələb olunur. Yəni bu dövr ərzində ət yeməkləri, yumurta, süd və bütün süd məhsulları qadağandır.

Balıqlara gəldikdə, kilsə nizamnaməsi onun yeddi həftəlik Böyük Oruc ərzində yalnız iki dəfə pəhrizə daxil edilməsinə icazə verir.

Qeyd edək ki, müəyyən günlərdə yağ istehlakını, bişirmə üsullarını tənzimləyən daha sərt qaydalar əsasən monastır nizamnaməsinə aiddir və istisnasız olaraq bütün möminlər üçün məcburi deyil.

Chosen
13
publika.az

1Sources