Bildirilir ki, İran televiziyası da Tehran Texnologiya Universitetindən görüntülər göstərib. Məlumatda "tələbə kimi təqdim edilən" şəxslərin hökumət tərəfdarlarına hücum etdiyi və onlara daş atdığı əks olunub.
Etirazlar Məşhəd şəhərindəki universitetlərdə də baş tutub. Məlumata görə, təhlükəsizlik qüvvələri etirazçılara müdaxilə edib. Xəsarət alanlar olub.
Xatırladaq ki, öyən ay İranda genişmiqyaslı etirazlar keçirilib. Həmin vaxt hakimiyyət nümayişləri amansızlıqla yatırıb, on minlərlə insan həlak olub. Rəsmi Tehran iğtişaşlara görə İsrail və ABŞ-ı təşkiliatçılıqda günahlandırıb.
Hazırda ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqlar aparılır. Vaşinqton regionda qoşun toplayır və razılaşma əldə olunmazsa, hərbi əməliyyatlara hazır olduğunu bəyan edir.
Sərt tədbirlərin tərəfdarları hesab edirlər ki, ABŞ-ın mümkün tətillərindən sonra daxili etirazlar güclənə və hökumət dəyişikliyinə səbəb ola bilər. Onlar iddia edirlər ki, hazırkı etirazlar bu arqumenti gücləndirir.
İranda mövcud duruma etiraz edənlər yaranmış vəziyyətə görə ölkə rəhbərliyinin təqsirkar olduğunu düşünürlər, hesab edirlər ki, teokratik rejimin inadkarlığı ölkəni hərbi qarşıdurmaya, uçuruma aparır.
Musavat.com