EN

Moskva ilə gizli anlaşma? -İranın Su-35 planı üzə çıxdı

 

 

İran mənbələri yaxın vaxtlarda ölkəyə 16 ədəd Su-35 qırıcı təyyarəsinin gətiriləcəyini iddia edir.

Sosial şəbəkələrdə və regional informasiya resurslarında yayılan məlumatlara görə, söhbət Rusiyanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən gedir.

İddialara əsasən, bu tədarük Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Hələlik rəsmi Moskva və Tehran tərəfindən açıq təsdiq verilməsə də, yayılan məlumatlar regionda ciddi rezonans doğurub.

Ekspertlər bildirirlər ki, Su-35-lər yüksək manevr qabiliyyəti, uzaqmənzilli radar sistemi və geniş silahlanma imkanları ilə seçilir. Bu tip qırıcıların İran arsenalına daxil edilməsi Yaxın Şərqdə hava qüvvələri balansına təsirsiz ötüşməyə bilər.

Məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

Musavat.com

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources