Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (92 kq) Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində qızıl medal qazanıb. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abakarov finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.