EN

Ötən il “Asan müraciət” sisteminə daxil olan müraciətlərə reaksiya 80% artıb

Bakı.Trend:

2025-ci ildə “Asan müraciət” sisteminə gələn müraciətlərəreaksiya 80%dək artıb.

Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrəqiymətləndirmə və “ASAN müraciət” informasiya sistemininfəaliyyətinin illik nəticələrinə dair tədbirdə deyib.

Agentlik sədri vurğulayıb ki, “Asan müraciət” informasiyasistemi 2020-ci ildə Prezident İlham Əliyevin Fərmanı iləyaradılıb.

"Bu sistem infrastruktur problemləri yaranarkən dövlətqurumlarına operativ məlumat məqsədilə yaradılıb. İndiyədək 99qurum "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunub", -deyə Ü.Mehdiyev əlavə edib.

O əlavə edilib ki, ötən il “ASAN xidmət indeksi” üzrəqiymətləndirmə vasitəsilə 511 xidmət qiymətləndirilib.

Chosen
4
az.trend.az

1Sources