EN

Şəmkirdə avtomobil 58 yaşlı qadını vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Hakim Mustafayevin idarə etdiyi "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Nataşa Şhevçenkonu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
14
2
apa.az

8Sources