EN

“ABŞ Ukraynanın Donbasdan çıxmasını tələb edir” - Zelenski

“ABŞ Rusiya ilə birlikdə Ukraynanın Kiyevin nəzarətində olan Donbasın 20%-dən geri çəkilməsini tələb edir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”yə müsahibəsində deyib.

“Mən bunu mövqelərimizin zəifləməsi, orada yaşayan yüz minlərlə vətəndaşımızın rədd edilməsi kimi görürəm. Və əminəm ki, belə bir addım cəmiyyətimizi parçalayacaq", - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putini bir müddət qane edəcək, çünki ona fasilə lazımdır.

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources