EN

“Azərkosmos” mütəxəssisləri Böhran İdarəetmə Qrupu layihəsinin ikinci mərhələsində iştirak ediblər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) əməkdaşları “Azercell” tərəfindən həyata keçirilən BİQ (Böhran İdarəetmə Qrupu) layihəsinin ikinci mərhələsinə həsr edilmiş görüşdə iştirak ediblər.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında reallaşdırılan layihə çərçivəsində tərəfdaş qurumların iştirakı ilə praktiki fəaliyyətlər və əməliyyat koordinasiyası üzrə növbəti addımlar atılıb.

Layihənin əsas məqsədi böhran və fövqəladə hallar zamanı ölkədə rabitə infrastrukturunun fasiləsiz xidmətini təmin etmək, operativ reaksiya imkanlarını gücləndirmək, qəza-bərpa müddətini minimuma endirmək və strateji əhəmiyyətli tədbirlər zamanı etibarlı rabitəni qorumaqdır. Beləliklə, ikinci mərhələ çərçivəsində “Azərkosmos” və digər qurumların mütəxəssislərinin iştirakı ilə birgə fəaliyyət mexanizmləri sınaqdan keçiriləcək, operativ koordinasiya prosedurları təkmilləşdirilərək texniki hazırlıq səviyyəsi artırılacaq.

Görüş zamanı tərəfdaş qurumların operativ qrupları arasında qarşılıqlı əməkdaşlıq və resursların səfərbər olunması üzrə praktiki məşğələlərin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Layihə çərçivəsində yaradılmış birgə texniki infrastruktur və operativ komanda modeli ölkə ərazisində baş verə biləcək təbii fəlakətlər, texnogen hadisələr və digər böhran vəziyyətləri zamanı koordinasiyalı fəaliyyət üçün mühüm əsas yaradır. Bu yanaşma rabitə xidmətlərinin dayanıqlılığının artırılmasına və əhalinin təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
azertag.az

2Sources