EN

Arteta Arsen Venger ilə Joze Mourinyunu geridə qoydu

Həftəsonu İngiltərə futbolunun ən vacib oyunlarından biri baş tutdu: Premyer Liqanın 27-ci turu çərçivəsində "Tottenhem" "Arsenal"ı qəbul etdi.

Fanat.Az xəbər verir ki, "topçular" Viktor Qyokereş və Ebereçi Ezenin dublları sayəsində əzəli rəqibləri üzərində 4:1 hesablı qələbə qazandılar.

"Opta Sports"un hesablamasına görə, "Arsenal"ın baş məşqçisi Mikel Arteta hazırda Premyer Liqada 20-dən çox London derbisini idarə etmiş bütün məşqçilər arasında ən yüksək qələbə faizinə malikdir:

• 61% - Mikel Arteta (69 oyunda 42 qələbə)
• 60% - Joze Mourinyo (70 oyunda 42 qələbə)
• 55% - Arsen Venger (194 oyunda 106 qələbə).

Premyer Liqanın lideri olan "Arsenal" hazırda "Mançester Siti"dən beş xal öndədir.

Chosen
13
1
fanat.az

2Sources