EN

Ermənistan Hindistan raketləri alır Hədəf Azərbaycanın “Barak MX” HHM sistemləridir

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Ermənistan Azərbaycanın hava hücumundan müdafiə imkanlarını neytrallaşdırmaq məqsədilə Hindistan istehsalı olan “Pralay” taktiki ballistik raketlərini arsenalına daxil etməyi nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu addım birbaşa olaraq Azərbaycanın İsrail istehsalı “Barak MX” hava hücumundan müdafiə sistemlərinə qarşı yönəlib.“Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanmış “Barak MX” HHM sistemi 150 kilometrədək məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malik modul şəbəkədir və aktiv radar tuşlama sistemi sayəsində klassik ballistik raketlərə qarşı yüksək effektivlik nümayiş etdirir. Məhz bu imkanlar Ermənistanı daha çətin aşkarlanan və tutulması mürəkkəb olan raketlərə yönəldib.Bu kontekstdə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanmış “Pralay” raketi İrəvan üçün prioritet seçim kimi qiymətləndirilir. “Pralay” ənənəvi ballistik raketlərdən fərqli olaraq kvazi-ballistik, daha alçaq trayektoriya üzrə uçur və hədəfə yaxınlaşarkən yayınma manevrləri edə bilir. Bu xüsusiyyətlər “Barak MX” kimi müasir HHM sistemlərinin dəqiq tutma nöqtəsini hesablama imkanlarını ciddi şəkildə məhdudlaşdırır.Mobil buraxılış konteynerlərindən istifadə edən “Pralay”ın ixrac variantı MTCR (Raket Texnologiyalarına Nəzarət Rejimi) tələblərinə uyğun olaraq 290 kilometr uçuş məsafəsi və 500 kiloqram döyüş başlığı ilə məhdudlaşdırılıb. Buna baxmayaraq, raket yüksək dəqiqlik və qısa reaksiya müddəti ilə seçilir.Məlumatlara əsasən, Ermənistan və Hindistan arasında “Pralay” raketləri ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. Razılaşma baş tutacağı təqdirdə, Ermənistan bu raketin ilk xarici alıcısı olacaq və bu da Azərbaycanın arsenalında mövcud olan İsrail istehsalı yüksək dəqiqlikli “LORA” ballistik raketlərinə qarşı əlavə balans yaratmaq məqsədi daşıyacaq.Ermənistanın “Pralay”a marağı İrəvanla Yeni Dehli arasında genişlənən hərbi-texniki əməkdaşlığın tərkib hissəsidir. Son illərdə Ermənistan Hindistandan müxtəlif silah sistemləri alıb. Bu siyahıya “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Swathi” artilleriya aşkarlama radarları və “Akash” hava hücumundan müdafiə kompleksləri daxildir. Bu tədarüklər Hindistanın Ermənistan üçün əsas alternativ silah təchizatçılarından birinə çevrildiyini göstərir.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
www.bakupost.az

1Sources