EN

İran XİN: "ABŞ ilə mümkün sazişin mətni hazırlanır"

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasındaməlumatverib. Onun sözlərinə görə, Tehran hazırda saziş çərçivəsində öz mövqeyini müəyyənləşdirir. Eyni zamanda, vurğulayıb ki, Tehranın Vaşinqtonla müvəqqəti saziş bağlayacağı barədə xəbərlər əsassızdır.
Növbəti İran-ABŞ danışıqları Cenevrədə keçiriləcək

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib. Danışıqların növbəti mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Firudin Həmidli
AzVision.az
Chosen
16
1
azvision.az

2Sources