EN

Salahdan antirekord

Mohamed Salah İngiltərə Premyer Liqasında qol həsrəti yaşayır. “Liverpul”un vingeri çempionatda ardıcıl 9 matçdır fərqlənə bilmir.

İdmanxeber.az-ın məlumatına görə, misirli futbolçu sonuncu dəfə 1 noyabrda “Aston Villa” ilə oyunda (2:0) rəqib qapısına yol tapmışdı. Bu, onun “Liverpul” karyerası ərzində Premyer Liqada ən uzun qolsuz seriyası kimi qeydə alınıb.

Cari mövsümdə 31 yaşlı futbolçu bütün turnirlərdə 27 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
25
idmanxeber.az

1Sources