EN

İt əlindəki kiçik kəsiyi yaladı:Qadın ayaq və əllərini itirdi

İngiltərədə yaşayan 56 yaşlı Manjit Sangha 2025-ci ilin iyul ayında qorxunc bir hadisə ilə üzləşib.

Redaktor.az bu haqda "BBC"ə istinadla məlumat verir.

Sangha, evcil iti Simba ilə oynayarkən, it onun əlindəki kiçik kəsiyi yalamaqla infeksiyaya yoluxmasına səbəb olub.

Məlumata görə, hadisə işdən qayıtdığı gün başlayıb. Ertəsi gün həyat yoldaşı Kam Sangha tərəfindən evdə şüursuz vəziyyətdə tapılan Manjit dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini sepsis kimi diaqnoz ediblər.

İnfeksiya qadının bədəninə sürətlə yayılıb, ürəyi altı dəfə dayanaraq komaya girib. Qan laxtalanması səbəbindən orqanlara kifayət qədər qan çatmadığı üçün həyatını xilas etmək məqsədilə təcili müdaxilə aparılıb.

Nəticədə, hər iki ayağı diz altından, hər iki əli isə biləkdən kəsilərək “dörd uzvun amputasiyası” həyata keçirilib. Bundan əlavə, pnevmoniya və öd daşı komplikasiyaları səbəbindən dalağı da götürülüb.

32 həftə davam edən intensiv müalicədən sonra Manjit Sangha həyatını xilas edə bilib və evinə qayıdıb.

Aytəkin TOFİQQIZI

2
Chosen
22
1
redaktor.az

2Sources