EN

Ağacın arxasında görünməz qalan svetofor və nişan sürücülərə təhlükə yaradır VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda görünməyən svetoforla yol nişanı sürücülərin hərəkətinə çətinlik yaradır. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Naxçıvanski küçəsilə Qara Qarayev prospektinin kəsişməsindən gedir. Belə ki, ağacın arxasında qalan 2.4 yol ver nişanı və svetofor obyekti görünməz dərəcədədir. Bu səbəbdən kəsişmə yerinə yaxınlaşan zaman sürücülər qırmızı işığın yandığını son anda görürlər. Həmin yoldan ilk dəfə istifadə edənlər isə sözügedən nöqtədə svetoforun olmasından xəbərsiz olduqları üçün bəzən qadağanedici işıqda hərəkət edirlər. Bu isə yolda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Ümid edirik ki, aidiyyəti qurumlar hərəkətin təşkilində yaranmış nöqsanı tez bir zamanda aradan qaldıracaq.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, paytaxtın 34 kəsişməsində mövcud olan svetoforların görünüşünə məhdudiyyət yaradan ağac budaqlarının budanması məqsədilə müvafiq siyahı hazırlanaraq aidiyyəti quruma göndərilib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
avtosfer.az

1Sources