EN

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Bakı, 23 fevral, AZƏRTAC

2026-cı ilin yanvar ayında iqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müayisədə 4,1 faiz azdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3938,6 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1080,8 manat, özəl müəssisələrdə isə 1124,4 manat olub.

Chosen
21
3
azertag.az

4Sources