EN

Putin sürətlənmə anonsu verdi

Rusiya Prezidenti Vladimir Putin Vətən Müdafiəçiləri Günü münasibətilə etdiyi çıxışda nüvə üçlüyünün inkişaf etdirilməsinin ölkənin prioriteti olaraq qaldığını vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, Putin bunun Rusiyanın təhlükəsizlik qarantı olduğunu və dünyadakı güc balansını təmin etdiyini bildirib.

Açıqlamalar verən Putin ölkənin ordu və donanmanı gücləndirmə işlərinə davam edəcəyini söyləyib. Putin bu işlərin beynəlxalq vəziyyət və Ukraynadakı hərbi əməliyyatlar zamanı əldə edilən döyüş təcrübəsi nəzərə alınaraq həyata keçiriləcəyini ifadə edib.

Putin "Silahlı Qüvvələrin digər bütün birləşmə və qoşun növlərinin potensialını artırmağa, döyüş hazırlığını, çevikliyini və ən çətin şəraitdə fəaliyyət göstərmə qabiliyyətini yüksəltməyə davam edəcəyik", - deyə bildirib.

Rusiya lideri Silahlı Qüvvələr üçün qabaqcıl texnologiyalı sistemlərin hazırlanması işlərinin də sürətləndiriləcəyini qeyd edib: 

"Əlbəttə, Silahlı Qüvvələr üçün yüksək texnologiyalı sistemlərin hazırlanma sürətini artıracağıq".

Putin çıxışında Rusiya hərbçilərini də tərifləyərək bu ifadələri işlədib: 

"Bu texnologiyanın hər zaman etibarlı əllərdə olacağına əminəm. Əsgər və zabitlərimiz əsl vətənpərvərlər, xüsusi xarakterə və sarsılmaz iradəyə malik insanlardır; onlar dövlətin və cəmiyyətin dayağıdır".

Chosen
2
1
cebheinfo.az

2Sources