EN

Çiskin, duman, qar: Temperatur 10 dərəcə düşür

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Paytaxtda və bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi saatlarda tutulacaq.Demokrat.az xəbər verir ki, gecə və səhər saatlarında yarımadanın müəyyən ərazilərində çiskinli yağış ehtimalı var. Gündüz saatlarında şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək. Bakıda temperatur gecə 3-5°, gündüz isə 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək olaraq 764 mm civə sütununa çatacaq, rütubət isə 80 faizə qədər yüksələcək.Azərbaycanın rayonlarında isə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Bəzi bölgələrdə yağıntıların intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Səhər saatlarında duman müşahidə oluna bilər. Bölgələrdə temperatur gündüz 13°-dək yüksəlsə də, dağlıq rayonlarda gecə saatlarında 5° şaxta qeydə alınacaq. Mülayim şərq küləyi əsəcək.Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
demokrat.az

1Sources