EN

Trampın iqamətgahına girməyə cəhd edən silahlının kimliyi bilindi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hüquq-mühafizə orqanları ABŞ Prezidenti Donald Trampın iqamətgahına silahla girməyə cəhd edərkən öldürülən şəxsin kimliyini müəyyən edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.

Məlumata görə, o, Şimali Karolina ştatının Kameron şəhərindən olan 21 yaşlı Ostin Taker Martindir.

Nəşrin məlumatına görə, gənc oğlan rəssam olub. Martinin anası onun bir gün əvvəl itkin düşdüyünü bildirib.

Martinin qızğın Tramp tərəfdarları ailəsindən olduğu bildirilir.

Martinin 19 yaşlı qardaşı onun yerli qolf meydançasında işlədiyini və maaşının bir hissəsini xeyriyyə təşkilatlarına bağışladığını qeyd edib.

Xəbər verdiyimiz kimi, fevralın 22-si gecəsi ABŞ Məxfi Xidmətinin agentləri Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının perimetrini pozan silahlı bir kişini öldürüblər. Palm Biç dairəsinin şerifi Rik Bredşounun sözlərinə görə, o, ov tüfəngi və benzin qutusu daşıyıb və silahı yerə atmaq əmrindən sonra onu götürüb. O əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından heç biri xəsarət almayıb. Tramp həmin vaxt Vaşinqtonda olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
yeniavaz.com

1Sources