EN

İslam Rzayevin həbs müddəti uzadıldı

İslam Rzayevin həbs müddəti uzadıldı

Balakən Rayon İcra Hakimiyyətinin korrupsiya cinayətlərində ittiham olunan sabiq başçısı İslam Rzayev barəsində növbəti məhkəmə qərarı çıxarılıb. AFN.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdim etdiyi vəsatət təmin edilib.

Səbail Rayon Məhkəməsi tərəfindən baxılan vəsatətdə təqsirləndirilən şəxsin həbsdə qalmasının zəruriliyi əsaslandırılıb. Qərara əsasən, İslam Rzayevin həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında DTX tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısına qarşı külli miqdarda mənimsəmə və təkrar rüşvətalma maddələri ilə cinayət işi açılmışdı. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Chosen
25
afn.az

1Sources