EN

Qarabağda ötən il keçirilən əmək yarmarkalarının sayı AÇIQLANDI

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ildə işğaldan azad edilən regionlarda 18 əmək yarmarkası keçirilib.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə hədəf üzrə 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulsa da, 217 əmək yarmarkası keçirilib:

"Bu yarmarkalardan 18-i işğaldan azad olunan ərazilərdə təşkil edilib. Ümumilikdə üç istiqamətdə yarmarkalar keçirilir. Birinci ümumi yarmarkadır ki, burada bütün sektorlardan iştirak təmin edilir. İkinci mini yarmarkalardır, bu bir və ya iki işəgötürən üçün məxsusi olaraq hazırlanır, spesifik ərazilərdə spesifik vəzifələr üzrə təşkil olunur. Üçüncü isə ixtisaslaşmış yarmarkalardır, burada müəyyən bir sahə üzrə işəgötürənlər iştirak edirlər".

Ramal Quluzadə vurğulayıb ki, cari ildə 200 əmək yarmarkasının keçirilməsi planlaşdırılır:

"İlin sonuna qoyulan hədəfin daha artığına nail olmağı hədəfləmişik".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
oxu.az

1Sources