EN

Sapı özümüzdən olan baltaların arxasında erməni lobbisi və diasporu dayanır Elman Nəsirov

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 19 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə ABŞ-yə səfəri çərçivəsində bir qrup azərbaycanlı etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Elman Nəsirov bildirdi ki, bu vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları və eyni zamanda Birləşmiş Ştatların polisi həmin qanun pozucularına, təxribatçılara qarşı müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirdilər:

"Bu təxribatçılar nalayiq ifadələr işlədir, söyüş söyür və özlərini qeyri-adekvat aparırdılar. Bu vəziyyətdə, təbii ki, təhlükəsizlik xidmətinin əməkdaşları kənar müşahidəçi missiyasında prosesləri izləməli idilər. Onların birbaşa vəzifəsi dövlət başçısını və onun kotejini qorumaqdır və onlar da öz missiyalarını, hesab edirəm ki, şərəflə yerinə yetirdilər. İndi isə məlum olur ki, bu antimilli ünsürlərin, sapı özümüzdən olan baltaların arxasında yenə də erməni lobbisi və diasporu dayanır. Birləşmiş Ştatlarda təpədən-dırnağa qədər ermənipərəst mövqeyi ilə seçilən, dəfələrlə qondarma Qarabağdakı rejimə səfər etmiş Frenk Pallone də bu təxribat hadisəsinə münasibət bildirib, təxribatçıların yanında yer alıb və onları dəstəkləyib. Göründüyü kimi, bu, məqsədyönlü və planlı şəkildə həyata keçirilmiş bir addımdır və bu addımın qarşısı hüquqi müstəvidə alınıb. Təhlükəsizlik xidmətinin əməkdaşları da üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetiriblər. Burada başqa bir yanaşmadan söhbət gedə bilməz. Təxribat faktı göz qabağındadır, eyni zamanda videokadrlar da bunu təsdiqləyir və hesab edirəm ki, Birləşmiş Ştatlar hüquqi müstəvidə bu məsələyə qiymət verəcək və təxribatçılara qarşı hüquqi müstəvidə cəza tədbirləri həyata keçiriləcəkdir".

Nuriyyə NATİQQIZI 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
redaktor.az

2Sources