EN

“Kəpəz”in kapitanı: “Əsas rəqiblərimizin bir-biri ilə oyunu var”

“Oyun bizim üçün pis getmirdi. “Sabah”ın gücünü bilirdik, rəqib Premyer Liqanın lideridir. Keyfiyyətli futbolçular var. İkinci hissədə qol vursaq da, ofsayt səbəbindən sayılmadı”.

Bu sözləri “Kəpəz”in futbolçusu Əli Səmədov deyib.

“Sarı-göylər”in kapitanı Misli Premyer Liqasının 21-ci turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bölüşüb.

“Son dəqiqələrdə diqqətsizlikdən qapımızda qol gördük. Liqada qalmaq özümüzdən aslıdır. Biz turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşmaq istəyirik. Elitada qalmağı hələ qaranti eləməmişik. “Sumqayıt”la oyuna 3 xal üçün çıxacayıq. Komandamıza inanıram. Doğma meydanımız olmasa da, Yevlax şəhər stadionunda oynayacağıq. Yəni, “Sumqayıt” səfərə gəlmiş olacaq. Əsas rəqiblərimizin bir-biri ilə oyunu var. Bizə mütləq qələbələr lazımdır”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, 21 turdan sonra aktivində 13 xal olan “Kəpəz” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

İdman.Biz
Chosen
5
1
idman.biz

2Sources