EN

Zelenski: Bu ölkələr Ukraynaya 5 min əsgər göndərməyə hazırdır

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Volodimir Zelenski bildirib ki, Böyük Britaniya və Fransa Ukraynaya hərbi kontingent göndərməyə hazırdır, lakin qüvvələrin harada yerləşdiriləcəyi məsələsi hələ də açıq qalır.

Turkustan.az xəbər verir ki, Ukrayna lideri bu barədə BBC-yə müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, həm London, həm də Paris bir briqada ayırmağa hazır olduqlarını bildiriblər. “Briqadalar fərqli tərkibdə ola bilər, amma bizim anlayışımıza görə, hazırda bir briqada təxminən 5 min hərbçi deməkdir. ‘Könüllülər Koalisiyası’nın bütün iştirakçıları ilə bəyannaməni imzalayarkən Fransa və Böyük Britaniyanın hər birinin bir briqada ayırmağa hazır olduğunu anladıq”, – deyə o qeyd edib.

Prezident əlavə edib ki, kontingent göndərməyə hazır olduqlarını bildirən digər ölkələrdən də siqnallar var. Bununla belə, əsas məsələ — xarici hərbi qüvvələrin konkret olaraq harada yerləşdiriləcəyi — hələlik razılaşdırılmayıb.

“Heç kim ön cəbhədə olmaq istəmir. Təbii ki, ukraynalılar tərəfdaşlarımızın bizimlə ön xətdə olmasını istəyərlər. Düşünürəm ki, bu məntiqlidir”, – deyə Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources