EN

Dörd rayonda futbola baxmaq istəyənlər üçün CANLI YAYIM

II Liqada qış fasiləsi bu gün başa çatacaq.

Sportinfo.az xəbər verir ki, 2026-cı ilin ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin son pilləsinə yuvarlanmış “Araz Saatlı” doğma rayonda “Şirvan”ı qəbul edəcək.

“Kür-Araz”la “Dinamo” İmişlidə üz-üzə gələcək. Üçüncü pillədəki “Quba”

Göygöldə eyniadlı komandanın qonağı olacaq. “Ağdaş” isə yerli publika önündə “Ağstafa Gəncləri”ni sınağa çəkəcək.

“Araz Saatlı” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Xəlil Xəlilov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Saatlı OİK stadionu, 14:30

“Kür-Araz” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Vüqar Bayramov, Sadiq Əliyev, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30

“Göygöl” – “Quba”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Hüseyn Vəliyev, Rüfət Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Göygöl OİK stadionu, 14:30

“Ağdaş” – “Ağstafa Gəncləri”
Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Tural Bayramov, Vüqar Alıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Ağdaş şəhər stadionu, 14:30

Chosen
14
sportinfo.az

1Sources