Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbərheyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.
Trend bubarədə SOCAR-a istinadən xəbər verir.
“Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinintəşviqi” Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilindəperformansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlıtərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarverməmədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildəmüzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetlərimüəyyənləşdirmək məqsədi daşıyıb.
Tədbir çərçivəsində SOCAR Qrupa daxil müəssisələrin rəhbərlərivə insan resursları sahəsi üzrə məsul şəxslər üçün “Nəticəni idarəedən liderlik: strategiya, mədəniyyət və davranış”, “İnsankapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindənstrateji dəyər yaratmaq” mövzularında panel sessiyaları təşkilolunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütünsəviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərindavamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyivə performans qiymətləndirilməsində obyektivlik prinsipininqorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeydedilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektivvə şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə,hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasınıngücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təminolunması kimi məsələlər müzakirə edilib.
Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verənperformans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlaratəşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildətətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarəedilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texnikiheyət performansı fərdi hədəf kartları əsasında idarə edilir.Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğunplanlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlımonitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonundafəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddimükafatlandırma proseslərini əhatə edir.