EN

Bakı metrosunda qoruyucu şüşə arakəsmələr niyə quraşdırılmır?

Bakı.Trend:

“Hazırda Bakı Metropolitenində şüşə arakəsmələrin quraşdırılmasıtexniki baxımdan mümkün deyil. Bunun bir neçə səbəbi var”.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumatverilib.

Bildirilir ki, mövcud stansiyaların havalandırma və havadövriyyəsi xüsusiyyətləri nəzərər alınmalıdır. Xüsusilə yaşıl vəqırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxilolur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarınınqarşısını alacaq. Bu isə həm tunel infrastrukturuna, həm də ənəsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsirgöstərəcək.

Qurumdan qeyd edilib ki, Bakı metropolitenində fərqli nəsil vəbir neçə model vaqon istismar olunur. Bu vaqonlarda qapılarınyerləşməsi və açılması mexanizmi fərqlidir.

“Bəzilərində qapılar içəriyə, bəzilərində isə çölə açılır. Bumüxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildətətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amillərinəzərə alaraq hazırda şüşə ara kəsmələrin Bakı metrosunda tətbiqimümkün deyil”,-məlumatda qeyd edilir.

Chosen
13
4
az.trend.az

5Sources