EN

İran yenə  ABŞ-ni hədələdi: “Məhdud hücum anlayışı yoxdur”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, “məhdud hücum” anlayışı mövcud deyil və hər hansı hərbi zərbə təcavüz aktı kimi dəyərləndirilir.

Vətəninfo.az xəbər verir ki, Bəqayi mətbuat konfransında vurğulayıb ki, istənilən dövlət belə bir addımı təcavüz hesab edər və beynəlxalq hüquqda nəzərdə tutulan qanuni müdafiə hüququ çərçivəsində qətiyyətli və güclü şəkildə cavab verər. Onun sözlərinə görə, İranın mümkün cavabı da bu prinsipə əsaslanacaq.

Sözçü eyni zamanda İran və ABŞ arasında mümkün razılaşmanın əsas komponentinə toxunub. O qeyd edib ki, razılaşmanın mərkəzində sanksiyaların ləğvi dayanır və bu addım ABŞ tərəfindən həyata keçirilməli və praktik şəkildə icra olunmalıdır.

Bəqayinin sözlərinə görə, bunun müqabilində İran öz nüvə proqramının heç vaxt hərbiləşdirilməməsi və silahlandırılmaması üçün aydın və konkret tədbirlər görməyə hazırdır.

Chosen
2
veteninfo.az

1Sources