EN

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb (FOTO)

Bakı. Trend:

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrəqiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiyasisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.

Trend xəbər verir ki,tədbirin birinci hissəsində “ASAN xidmət indeksi” üzrəqiymətləndirilmə və “ASAN müraciət” informasiya sistemininfəaliyyətinin yekunlarına dair qısa təqdimat keçirilib və nəticələraçıqlanıb.

Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti, hüquqişəxslər və digər büdcə təşkilatları üzrə ən yüksək göstəriciləriolan qurumlar mükafatlandırılıb.

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ciil 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununa və “DövlətXidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən, AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmətindeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlətxidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2025-ci ildədə davam etdirilib.

Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahidmənbədə toplanması və sistemləşdirilməsi, xidmətləringöstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növxidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetməninçevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil vəproqnozlaşdırma imkanlarının artırılmasıdır.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2025-ci ildə DövlətAgentliyi tərəfindən
37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icrahakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digərbüdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511xidmət qiymətləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17dekabr tarixli 633s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “NaxçıvanMuxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ciillər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə TəfsilatlıTədbirlər Planına əsasən 2025-ci ildə də Naxçıvan MuxtarRespublikasının dövlət orqanları tərəfindən göstərilən dövlətxidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsidavam etdirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz NaxçıvanMuxtar Respublikasının 26 dövlət orqanına aiddir.

“ASAN müraciət” informasiya sistemi Azərbaycan RespublikasıPrezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamıəsasında yaradılıb. Sərəncama əsasən “ASAN müraciət” informasiyasistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyatproblemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması vətəmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeydedilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarınagöndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistemüzərindən izlənilməsini təmin edir.

Hazırda sistem 77 yerli icra hakimiyyəti orqanı daxil olmaqlaümumilikdə 99 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (NaxçıvanMuxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərir. Bu günədək“ASAN müraciət” mobil tətbiqinin istifadəçi sayı 80.000-i keçib vəsistemə 17.000-dən çox müraciət daxil olub.

2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənəticələrinə əsasən:

Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksəkgöstəriciləri olan qurumlar:

1-ci yer – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

2-ci yer – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

3-cü yer – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksəkgöstəriciləri olan qurumlar:

1-ci yer – Pirallahı Rayon İcra Hakimiyyəti

2-ci yer – Binəqədi Rayon İcra Hakimiyyəti

3-cü yer – Yasamal Rayon İcra Hakimiyyəti

Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksəkgöstəriciləri olan qurumlar:

1-ci yer – “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

2-ci yer – “Azəriqaz” İstehsalat Birliyi

3-cü yer – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

“ASAN müraciət” informasiya sistemi üzrə 2025-ci ilinyekunlarına əsasən seçilən qurumlar:

1-ci yer - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti

2-ci yer - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı SəhmdarCəmiyyəti

3-cü yer - Gəncə Şəhər İcra Hakimiyyəti

Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə “ASANxidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinin geniş,interaktiv şəkildə təqdimatı keçirilib və suallarcavablandırılıb.

“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
Məqalədə:
Chosen
20
13
az.trend.az

10Sources