EN

Paşinyan ABŞ dən qayıdıb paylaşım etdi: ölkəsində yeri yerindən oynadan hadisə baş verdi VİDEO

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfərindən sonra verdiyi açıqlamalar regionda geniş müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən Rövşən Məmmədov AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında bunun arxasında dayanan məqamları şərh edib.Bildirilib ki, sözügedən layihədə aksiyaların 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsusdur. Bununla da Birləşmiş Ştatlar 49 ildən 99 ilə qədər müddətdə proseslərə nəzarət hüququ əldə edir. Bu isə Rusiya və İranla yanaşı, Avropa İttifaqının da Cənubi Qafqazda təsir imkanlarının məhdudlaşması kimi qiymətləndirilir.Qeyd olunub ki, bəzi regional oyunçular TRİPP layihəsinə ümumi regional maraqlar prizmasından deyil, şəxsi maraq və intriqalar çərçivəsində yanaşırlar. Bu səbəbdən layihənin regiona və iştirakçı ölkələrə verə biləcəyi potensial faydalar kölgədə qalır.Eyni zamanda, Avropa strukturlarının regiondakı fəaliyyəti də diqqət mərkəzindədir. Məlumata görə, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa Müşahidə Missiyasına bundan sonra Markus Ritter deyil, 35 il polis orqanlarında çalışmış finlandiyalı Satu Koyvu rəhbərlik edəcək.Qərb dairələri bu missiyanı Avropa İttifaqının Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edən mühüm mülki mexanizmi kimi təqdim edirlər. Lakin səsləndirilən fikirlərə görə, missiyanın fəaliyyəti mülki xarakter daşısa da, faktiki olaraq hərbiləşmiş struktur təsiri bağışlayır. İddia olunur ki, 200 nəfərlik heyət sərhəd bölgələrində sabitlik yaratmaq əvəzinə, gərginliyi artıran proseslərə təsir göstərir.Həmçinin vurğulanıb ki, Ermənistan daxilində hələ də Qarabağa qayıdış məsələsinin gündəmdə saxlanılması, separatçı rejimə aid simvolların qorunması və “Artsax” adı altında fəaliyyət göstərmiş qurumlarla bağlı müzakirələrin davam etməsi müəyyən dairələrin mövqeyi ilə əlaqələndirilir.Avropanın bəzi mərkəzlərində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin mütəmadi olaraq qabardıldığı bildirilir. Bunun fonunda rəsmi Bakının sülhə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən Qərbi azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı konsepsiyasına isə kəskin reaksiyalar verildiyi qeyd olunur.

Bu barədə daha ətraflı keçiddə:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
2
redaktor.az

3Sources