Aktual.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, geoloji xüsusiyyətlərinə görə təbii park olmaq potensialına malik olan təbiət abidəsinin rəsmi qeydiyyata alınması üçün sənədlər UNESKO-a göndərilib.
"Qeydiyyat baş tutarsa, bu, bölgənin turizm sahəsinin inkişafına xüsusi təkan verəcək, əyalətin iqtisadiyyatının inkişafına səbəb olacaq”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Şirvan dərəsi Ərdəbil əyalətində Meşkinşəhr (Xiyav) şəhəri yaxınlığında yerləşən, uzunluğu təxminən 25 kilometr olan tarixi və təbii ərazi, zəngin tarixi-coğrafi məkandır.