EN

Unudaraq qida və su qəbulu orucu pozur? - DEPUTAT

“Orucluqla bağlı ən çox müzakirə olunan mövzulardan biri də unudaraq qida və ya su qəbul etməyin orucu pozub-pozmamasıdır. 

Dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir". 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O qeyd edib ki,  oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar:

“Oruclarına davam etsinlər. Onların orucu pozulmur. Allah bütün dua və orucları qəbul etsin”.

Chosen
2
3
cebheinfo.az

4Sources