Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib.
"Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil", - o əlavə edib.