EN

AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat aldı

AFFA baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, belçikalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində Almaniyada "Ştutqart" və Şotlandiyanın "Seltik" komandaları arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Chosen
1
4
bakivaxti.az

5Sources