EN

Ağstafalı 1-ci Qarabağ müharibəsi veteranı vəfat edib -FOTOLAR

Ağstafa rayonunun Qarayazı qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi qazisi Məhəmməd Ləzgiyevin atası, 1-ci Qarabağ müharibəsi veteranı Nazim Ləzgiyev vəfat edib.  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri ilə birlikdə mərhumun doğma evində keçirilən yas mərasimində iştirak edib. N.Ləzgiyevin doğmaları və yaxınlarına dərin hüzünlə baş sağlığı verilib, Vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhuna dualar oxunub.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik!

image-1 image-2 image-3 image-4 image-5 image-6

Chosen
21
2
veteninfo.az

4Sources