EN

Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub FOTOLAR

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırna və Qızılca kəndlərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşlərdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşlərdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Kırna kəndində şəhid Göydağlı Ramazan Əbülfət oğlunun və Qızılca kəndində şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun məzarlarını da ziyarət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
8
azpolitika.info

9Sources