Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır.
Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur.
Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilmişdir.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:
- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;
- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;