NOCOMMENT.az xəbər verir ki, bu barədə “Idnes” xəbər portalı nazirliyin rəsmisinə istinadən məlumat yayıb.
“Nazir avtomobil qəzasına düşüb. Onun vəziyyəti ağırdır. Təcili yardım çağırılıb və o, mərkəzi hərbi hospitala aparılıb”, – deyə nazirliyin əməkdaşı bildirib.
Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. İki maşının toqquşması zamanı nazirin olduğu avtomobilin təhlükəsizlik yastıqları açılıb.
DOĞRU.AZ
