EN

Qazaxıstanda referenduma ayrılan vəsaitin məbləği açıqlandı

Bakı. Trend:

Qazaxıstan hakimiyyəti ölkənin yeni Konstitusiyası ilə bağlıreferendumun keçirilməsinə təxminən 20,78 milyard təngə (təxminən41,8 milyon ABŞ dolları) xərcləməyi planlaşdırır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Mərkəzi ReferendumKomissiyasının üzvü Mixail Bortnik brifinqdə jurnalistlərə məlumatverib.

“Maliyyə Nazirliyi ilə aparılan hesablamalardan sonra biz 20,778,515,000 təngə məbləği üzərində dayandıq”,- deyə o, müvafiqsuala cavab verərkən bildirib.

Bortnik qeyd edib ki, vəsaitlərin böyük hissəsi (təxminən 75faizi) bütün səviyyələr üzrə seçki komissiyalarının əməkdaşlarınınəməkhaqlarının ödənilməsinə yönəldiləcək. Vəsaitlərin bir hissəsiisə xaricdə yerləşən seçki məntəqələrində səsvermənin təşkili vəkeçirilməsi üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə ayrılacaq.

Referendum martın 15-nə təyin olunub. Qazaxıstanda və ölkəhüdudlarından kənarda səsvermə üçün 10 mindən çox məntəqə təşkilediləcək. Referendumda 12,4 milyondan artıq Qazaxıstan vətəndaşıiştirak edə biləcək.

Məqalədə:
Chosen
12
az.trend.az

1Sources