EN

Dieqo Simeone Atletiko nu İtaliya nəhənginə dəyişir Razılıq əldə edildi

ain.az, Fanat saytına istinadən bildirir.

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İtaliya nəhənginin "sükanı arxası"na keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.

Məlumata görə, sözügedən mütəxəssis "İnter"lə ilkin razılığa gəlib. Mənbə argentinalı mütəxəssisin Milan klubu ilə La Liqanın 25-ci turu çərçivəsində "Espanyol"u məğlub etdikləri qarşılaşmadan sonra 1 illik müqavilənin detallarını müzakirə etdiyini vurğulayıb.

Daha öncə qış transfer pəncərəsində Simeone ilə "Atletiko"nun idman direktoru Mateu Alemaninin münasibətlərinin korlandığı və Madrid klubunun yeni baş məşqçi axtarışına başladığı bildirilib.

Simeone 2011-ci ilin dekabrından indiki postundadır. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 2 dəfə İspaniya çempionu olubsa, 1 dəfə Avropa Liqasını qazanıb.

Toğrul 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
fanat.az

2Sources