EN

Bakıda parklanma problemi bitmək bilmir

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illərdə şəhər mərkəzində bəzi iş yerlərinin qarşısında parklanma problemi daha çox nəzərə çarpır.

İşçilər üçün ayrılmış yerlər yetərli olmadığından onlar maşınlarını uzaqdan qoyub piyada gəlməyə məcbur olurlar. Buna görə də həm işçilər işə gecikir, gündəlik iş rejimi pozulur və işə gəlmək üçün əlavə vaxt sərf etməli olurlar.

Hər bir iş yeri üçün minimum parklanma yerlərinin sayı ilə bağlı hansı norma və qaydalar mövcuddur?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.

Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
cebheinfo.az

2Sources