EN

Çin və Rusiya İran üçün döyüşəcək? – SENSASİYA

Pekin və Moskva Tehranla iqtisadi və diplomatik əlaqələri möhkəmləndirsə də, ABŞ prezidenti Donald Trampın İrana zərbələr endirmək əmri verəcəyi təqdirdə birbaşa hərbi yardım göstərməyə xüsusi hazırlıq nümayiş etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazır.

Nəşrin məlumatına görə, Rusiya və İran Oman körfəzində məhdud miqyaslı hərbi-dəniz təlimləri keçirib. Yaxın vaxtlarda Çinlə də birgə təlimlərin planlaşdırıldığı bildirilir. Lakin qəzet qeyd edir ki, bu addımlar ABŞ-ın regionda hərbi mövcudluğunu artırması fonunda daha təmkinli və simvolik xarakter daşıyır.

Analitiklərin fikrincə, Çin və Rusiya İran məsələsinə görə Vaşinqtonla açıq qarşıdurmaya getmək riskini az ehtimal edir. Onlar Pekin və Moskvanın Tehranla münasibətlərini daha çox praqmatik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq kimi qiymətləndirirlər. Ekspertlər hesab edirlər ki, bu əlaqələr İranın adından müharibəyə başlamaq məqsədi daşımır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
4
1
konkret.az

2Sources