EN

Duzsuzlaşdırma zavodu 25 il istismar ediləcək - RƏSMİ

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Su paylayıcı infrastruktura yaxınlıq və dənizin çirklənmə səviyyəsi nəzərə alınaraq, layihə üçün Sumqayıt şəhəri ərazisi məqsədəuyğun hesab edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, bu ərazi 29,63 ha sahəni və sahil zolağını əhatə edir:

"Sözügedən ərazi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansındadır. Duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon m³ təşkil edir ki, bu da Abşeron yarımadasının hazırkı su tələbinin 20%-ni təşkil edir. 2026-2028-ci illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub".

Qurumdan əlavə edilib ki, layihənin müddəti 27,5 il təşkil edir (2,5 il tikinti, 25 il istismar).

Chosen
1
2
day.az

3Sources