EN

Rusiyada yeraltı hÉ™rbi qÉ™rargahın gizli görüntülÉ™ri yayıldı – VİDEO

Rusiyada arxa cəbhə bölgəsində yerləşən Rusiya Silahlı Qüvvələrinin briqadalarından birinə məxsus yeraltı qərargahın görüntüləri yayımlanıb.

NOCOMMENT.az xəbər verir ki, yayılan kadrlarda kilometrlərlə uzanan tunellər, komanda məntəqələri, uzun və möhkəmləndirilmiş dəhlizlər, yaşayış otaqları, həmçinin pilotsuz uçuş aparatları və aviazərbələrdən qorunmaq üçün nəzərdə tutulmuş ventilyasiya və rabitə sistemləri əks olunub.

Məlumata görə, bu yeraltı kompleks müasir müharibə şəraitinin tələblərinə uyğun şəkildə layihələndirilib və xüsusi təhlükəsizlik standartları əsasında inşa edilib. Kompleksin uzun müddət müstəqil fəaliyyət göstərə bilməsi üçün ehtiyat enerji sistemləri və daxili təminat infrastrukturu yaradılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər obyektin miqyasını Yaxın Şərqdə fəaliyyət göstərən silahlı qrupların tunel sistemləri ilə müqayisə edərək onun texniki imkanlarının yüksək olduğunu vurğulayıblar. Mütəxəssislərin fikrincə, belə yeraltı qərargahlar müasir döyüş şəraitində komandanlığın təhlükəsizliyini təmin etmək, rabitənin davamlılığını qorumaq və kəşfiyyat vasitələrindən, xüsusilə dron və aviazərbələrdən yayınmaq üçün mühüm rol oynayır. Ekspertlər hesab edirlər ki, bu cür obyektlərin nümayiş etdirilməsi həm daxili auditoriyaya mesaj, həm də potensial rəqiblərə xəbərdarlıq xarakteri daşıyır.

Sara
NOCOMMENT.az

Chosen
11
nocomment.az

1Sources