EN

Bakıda böyük türk şairinin yubileyi keçirildi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fevralın 22-də Bakıda Türk dünyasının böyük şairi, mütəfəkkiri və siyasi xadimi Əmir Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Kult.az xəbər verir ki, Əliağa Vahid adına Respublika kitabxanasında keçirilən tədbirdə tanınmış qələm adamları, qəzəl şairləri iştirak ediblər.

Tədbirdə çıxış edən tanınmış şair, jurnalist və ədəbiyyatşünas Əvəz Qurbanlı Nəvainin türkdilli ədəbiyyatın ən böyük nümayəndəsi olduğunu bildirib:

“Əlbəttə, bizim Nizami, Xaqani, Qətran Təbrizi, Nəsimi, Füzuli kimi böyük şairlərimiz var. Ancaq türk dilində yazıb-yaratmış, türk dilinin cığatay qolunun Çindən tutmuş Mərkəzi Avropaya qədər, Yaxın Şərq, Ərəb yarımadası da daxil olmaqla, böyük bir coğrafiyada yayılmasının və vahid ədəbi dilə çevrilməsinin başlıca səbəbkarı Əlişir Nəvaidir. Məhz onun sayəsində türk dili qlobal miqyasda önəm qazanmağa başladı. Osmanlı, Səfəvi, Əfşar və Qacar saraylarında türkcənin cığatay ədəbi dili kimi nüfuzunun artmasına böyük təsir göstərdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
axar.az

1Sources