EN

Süleyman Mikayılovun onillik müavini həbsdə qaldı

Süleyman Mikayılovun onillik müavini həbsdə qaldı

Qaradağın sabiq icra başçısı Süleyman Mikayılovun korrupsiyada təqsirləndirilən müavini Nadir Muradovun həbs müddəti uzadılıb.

Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Hakim ağır cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin aparılmasının davamını əsaslı hesab edib. Nadir Muradovun istintaqa təsir etmə və ünvan dəyişdirmə ehtimallarının qarşısını almaq məqsədilə onun həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 4 ay əvvəl Qaradağ İcra Hakimiyyətində əməliyyat keçirib. Qanun pozuntularına görə bir neçə vəzifəli şəxs saxlanılıb. İcra başçısının 10 ilə yaxın müavini işləmiş N.Muradov və digər sabiq vəzifəlilər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Elə bu hadisələrdən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Onun da bu cinayətlərlə bağlı postundan uzaqlaşdırıldığı bildirilir.

Chosen
11
4
afn.az

6Sources