EN

Miroşnik: Kreml və Ağ Ev hesab edir ki, Brüsselin Ukrayna danışıqlarında yeri yoxdur

Yorulmadan Ukrayna münaqişəsinin nizamlanması prosesinə burun soxmağa çalışan Avropa nümayəndələri bu mərhələdə danışıqlar prosesi üçün mütləq təhlükədir.

Ölkə.az xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

O qeyd edib ki, Moskva və Vaşinqton bu gün Avropa İttifaqının Ukrayna ilə bağlı danışıqlar masasında yerinin  və rolunun olmaması barədə yekdil fikirdədirlər.
Miroşnik əlavə edib ki, Avropa İttifaqı  Ukrayna münaqişənin birbaşa iştirakçılarıdır və  onların vasitəçiliyi mümkün deyil:

“Odur ki, bu məqamda avropalılar danışıqlar üçün mütləq bir maneədir və danışıqlarda iştirak edə bilməzlər. Xüsusən də məqsədimiz sistemli həll yolunu tapıb  qan tökülməsinə son qoymaqdırsa, avropalılar  isə bunu qətiyyən istəmirlər".

O əlavə edib ki, Avropa Ukraynanın diplomatik yolda da çökəcəyindən qorxurlar. 

Mürtəza

Chosen
17
1
olke.az

2Sources