EN

PUA əleyhinə ortaq layihə

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərə, Fransa, Almaniya, İtaliya və Polşa pilotsuz uçuş aparatlarına (PUA) qarşı daha iqtisadi müdafiə sistemləri hazırlamaq məqsədilə ortaq proqrama imza atıblar. 

"Cebheinfo.az" xəbər verir ki, LEAP (Low-Cost Effectors and Autonomous Platforms) adlı təşəbbüs Ukraynadakı münaqişənin təcrübəsinə əsaslanaraq aşağı maliyyətli hava hücumundan müdafiə sistemləri və avtonom zərbə platformalarının yaradılmasını hədəfləyir. Proqramın əsas məqsədi bahalı klassik hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinə alternativ, daha sərfəli həllər hazırlamaqdır. 

Ukraynadakı müharibədə müşahidə olunduğu kimi, ənənəvi sistemlərin dronlara qarşı istifadəsi maliyyə baxımından səmərəli hesab edilmir. LEAP çərçivəsində hazırlanacaq sistemlərin xüsusilə dronları zərərsizləşdirmək üçün nəzərdə tutulmuş aşağı maliyyətli həllər olması planlaşdırılır. 

Proqram çərçivəsində İngiltərə, Fransa, Almaniya, İtaliya və Polşa tədqiqat-inkişaf (Ar-Ge), istehsal və satınalma prosesləri üçün çoxmilyonlu maliyyə öhdəlikləri götürüblər. Kütləvi istehsala 2027-ci ildə başlanması nəzərdə tutulur. 

Hazırlanacaq sistemlər arasında “dron ovçuları” və daşıyıcı dronlar kimi avtonom platformalar yer alacaq. Yeni sistemlərin sınaqları Ukrayna ərazisində aparılacaq. Əldə ediləcək nəticələrin Avropanın Rusiya və Belarus sərhədləri boyunca yaradılması planlaşdırılan PUA əleyhinə hava müdafiə qatının əsasını təşkil edəcəyi bildirilir. 

Hazırda Ukraynada yerləşdirilmiş Avropa və ABŞ radar sistemləri nəzərə alındıqda, LEAP proqramı faktiki olaraq Rusiyanın sərhədlərinə yaxın ərazidə yerləşdirilən ilk Avropa hava müdafiə xətti kimi qiymətləndirilir. 

Proqram Avropa ölkələrinin müdafiə əməkdaşlığını dərinləşdirmək və Ukraynadakı müharibədən çıxarılan dərsləri praktik tətbiqə çevirmək cəhdinin bir hissəsi kimi dəyərləndirilir. 

Aşağı maliyyətli, lakin effektiv sistemlərin hazırlanması xüsusilə sərhəd bölgələrində hava məkanının qorunmasında yeni yanaşma təqdim etməyi hədəfləyir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources