EN

Başı telefona qarışan qadın yolayrıcında qayda pozdu, polis dərhal CƏRİMƏLƏDİ VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 99-US-092 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü baş yoldan gələn maşını gözləmədən yolayrıcına daxil olur və sağa dönür.

Eyni zamanda, qadının sükan arxasında mobil telefondan istifadə etdiyi də açıq şəkildə görünür.

Nəticədə o, görüntünü qeydə alan avtomobilin yolunu kəsərək qəza şəraiti yaradır.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları qayda pozan avtomobili dərhal saxlayaraq sürücünü inzibati məsuliyyətə cəlb edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
avtosfer.az

1Sources