EN

Meksika Milli Qvardiyasının 25 hərbçisi narkokartel üzvləri ilə toqquşmalarda ölüb

Meksika Milli Qvardiyasının azı 25 hərbçisi "Xalisko Yeni Nəsil" narkokartelinin lideri El Mençonun ölümündən sonra kartel üzvlərinin hücumu nəticəsində ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Xarfuç mətbuat konfransında bildirib.

O, həmçinin, ştat prokurorluğunun bir əməkdaşının da öldürüldüyünü qeyd edib.

El Menço ləqəbi ilə tanınan Nemesio Oseqera Servantes Meksikanın ən çox axtarılan narkobaronu hesab olunurdu. ABŞ hakimiyyəti onun olduğu yer barədə məlumat üçün 15 milyon dollar məbləğində mükafat təyin etmişdi.

Onun ölümündən sonra kartel üzvləri liderlərinin qisasını alacaqlarına söz veriblər. Ölkənin səkkiz ştatında iğtişaşlar və küçə döyüşləri başlayıb, kartel üzvləri yük maşınlarını yandırıb və yolları bağlayıblar.

Chosen
16
far.az

1Sources